...

MDBölkələrində itkin düşmüş şəxslərin yaxınlarına dövlət tərəfindən maddi yardım göstəriləcək

Cəmiyyət Materials 3 Aprel 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ MDB Parlamentlərarası Assambleyasının (MDB PA) komissiyası keçmiş SSRİ ölkələrində itkin düşmüş şəxslərin yaxınlarına dövlət tərəfindən maddi yardım göstərilməsi üçün Fondun yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. "Qanunun qəbulu itkin düşmüş şəxslərin yaxınlarına dövlət tərəfindən yardımın göstərilməsinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan qanun layihəsinin qəbulunu dəstəklədi", -deyə cümə axşamı Sankt-Peterburqdan telefonla Trend a açıqlamasında Azərbaycanın MDB PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova bildirib.

Axundova qeyd edib ki, qanun layihəsi MDB PA-nın Sosial siyasət və insan hüquqları komissiyasının iclasında qəbul olunub.

Millət vəkili hesab edir ki, itkin düşmüş şəxslərin azyaşlı uşaqları və yaşlı valideyinlərinin dövlət himayəsində olması vacibdir: "Azərbaycanda belə bir Qanun qəbul olunub. Lakin MDB Parlamentlərarası Assambleyası komissiyasının qəbul etdiyi qanun layihəsində bir sıra yeni müddalar var. Azərbaycan həmin müddaları öz qanunvericiliyinə daxil edə bilər".

Onun sözlərinə görə, qanun layihəsinə əsasən, MDB ölkələri itkin düşmiş şəxslərin axtarışı sahəsində beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı genişləndirməlidirlər.

"Qanun layihəsi itkin düşmüş şəxslərin statusunun müəyyənləşdirilməsini, onların cəsədləri tapılan zaman şəxsiyyətlərinin müəyyənləşdirilməsi sahəsində MDB ölkələrinin əməkdaşlıq etməsini nəzərdə tutur", -deyə Axundova əlavə edib.

Qanun layihəsi qəbul olunmaq üçün MDB PA-nın iclasında müzakirə ediləcək.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi zamanı 4354 nəfər itkin düşüb. Onlardan 3503 nəfər hərbçi, 841 nəfər mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).

Cümə axşamı Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 30-cu plenar və Assambleya Şurasının iclasları başlayıb. MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında təşkilati məsələlərə baxılacaq, ötən müddətdə bu təşkilat çərçivəsində həyata keçirilən  ayrı-ayrı tədbirlərə yekun vurulacaq, görülən işlərin nəticələri və MDB-yə üzv olan ölkələrdəki seçkilərdə Parlament Assambleyasının nümayəndələrinin iştirakı və digər məsələlər müzakirə olunacaq. Assambleyanın 30-cu plenar iclasında isə, bir sıra model qanunların müzakirəsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti