...

Müğənnilərin toylarda fonoqram oxuması heç də pis hal deyil - "Şeron qrupu"nun rəhbəri Ülvi Cəfərov

Cəmiyyət Materials 4 Aprel 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı,0 4 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Toy mövsümü başlayıb. Əldə etdiyimiz məlumatlara görə, bəzi şadlıq saraylarının rəhbərləri toylarda, əsasən, fonoqram oxuyan sənətçilərin "meydan sulamaları"na bəzi əngəllər yaradır. Olanlardan xəbərsiz olduğunu söyləyən "Şeron qrupu"nun solisti Ülvi Cəfərov, məsələ ilə bağlı TrendLife-a bunları dedi: "Allaha şükür, heç vaxt toylarda fonoqrama güc gəib çıxış etmirik... Çox vaxt elə olur ki, gəlinlə-bəy hansısa müğənninin populyar bir mahnısına görə onu ən şad günlərinə dəvət edirlər. Nəzərə alaq ki, müasir janrda yazılan mahnını hansısa məclisdə canlı ifa etmək qeyri-mümkündür. Belə olan halda, təbii ki, həmin sənətçi fonoqramla oxumaq məcburiyyətində qalır. Yəni müğənnilərin toylarda fonoqram oxuması heç də pis hal deyil. Sözsüz ki, əvvəldə dediyim situasiya ilə qarşılaşarkən. Amma etiraf edirəm ki, hərdən biz də repertuarımıza daxil olan mahnılardan bəzilərini fonoqramla oxuyuruq".

Xəbər lenti

Xəbər lenti