...

Ombudsman sabiq iqtisadi inkişaf naziri ilə görüşüb

Cəmiyyət Materials 4 Aprel 2008 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Ombudsman MTN-nin İstintaq Təcridxanasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, Əliyev bəzən ürəyində ağrıların olduğunu bildirərək, həkim tərəfindən müalicəsinin təşkil edilməsini, həmçinin, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində aparılmış müayinənin nəticəsinə dair rəyin ona verilməsini xahiş edib.

Ombudsman Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində Əliyevin ürəyində aparılmış müayinənin nəticəsinə dair məlumatın verilməsinin təmin edilməsi ilə bağlı məsələni araşdırıb. Məlum olub ki, 7 və 14 mart tarixli məktublarla sabiq nazirin vəkillərinə məlumat bildirilib, eyni zamanda, müayinələrin nəticələri Əliyevin tibb kitabçasına əlavə edilərək, şəxsi işi ilə birgə, müvafiq instansiyaya göndərilib.

Ombudsman Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında "Azpetrol" Şirkətinin sabiq prezidenti Rafiq Əliyev və İlkin İsmayılovla da görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub. Həmin şəxslər istintaq təcridxanasında saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı hec bir narazılıqlarının olmadığını bildiriblər.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti