...

Dünya Azərbaycanlıları Birlik qurultayına hazırlaşır

Cəmiyyət Materials 7 Aprel 2008 04:42 (UTC +04:00)

Azərbaycan, Bakı. 7 aprel / Trend / Aprelin 6-da Dünya Azərbaycanlıları Konqresi (DAK) və Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) İdarə Heyətlərinin iyun ayının 20-22-də Brusseldə keçiriləcək Birlik qurultayına hazırlıq komitəsi ilə birgə toplantısı keçirildi.

DDAK təşkilat məsulu Teymur Eminbəylinin məlumatına görə, toplantıda qurultaya hazırlıq məsələləri geniş müzakirə olundu, bir sira komisiyalar yaradıldı. Mandatlıların və dəvətlilərin müəyənləşməsi, mandat və dəvətnamələrin hazırlanması, viza məsələləri, beynəlxalq təşkilatların, eləcə də, Azərbaycan, Türkiyə və digər türk respublikalarının diaspor nümayəndələrinin qurultaya dəvət olunması üşün Mandat komissiyasi yaradıldı.

Birləşmə məqsədi ilə Qurultayda qəbul olunacaq yeni Nizamnamənin hazırlanması, Qurultayın proqramı, yekun sənədi, bəyanat və müraciətlər layihələrinin, eləcə də reklam afişalarının hazırlanması məqsədi ilə Nizamnamə və Redaksiya komissiyası müəyənləşdirildi.

Qurultayın təşkilinin yüksək səviyədə olması, hotel, konfrans salonunun tərtibatı və nəqliyatın təşkil olunması məqsədi ilə Təşkilat işləri komisiyası yaradılması barədə qərar qəbul olundu.

Bundan başqa qurultaya qədər və qurultay dövründə mətbuatla əlaqə yaradılması və təbliğat işlərinin qurulması üşün Mətbuat və təbliğat komisiyasının da yaradılmasına qərar verildi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti