...

Qızımı Kanadaya gəlin köçürəcəyəm - Əməkdar artist Firuzə İbadova

Cəmiyyət Materials 7 Aprel 2008 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Gözünün ağı-qarası bircə qızı Hülyaya toy çaldırmağa hazırlaşan Əməkdar artist Firuzə İbadova indi şad gününü qeyd edəcək tarixi dəqiqləşdirməklə məşğuldur. TrendLife-a məlumat verən sənətçinin sözlərindən məlum oldu ki, o, bu günə çox təmtəraqla tədarük görür: "Qohum olduğumuz ailə yaxın rəfiqəmin ad günündən çəkilən video-kassetə baxarkən qızımı görüb-bəyənib. Kanadada yaşayan həmin xanım və oğlu israr ediblər ki, nə olur-olsun, mütləq qızım Hülya onların gəlini olmalıdır. Elçi gəldilər. Oğlanı çox bəyəndim. Söyləyim ki, kürəkənim Cavid ixtisasca dilçidir və illərdən bəri Ottavada fəaliyyət göstərir. Qudam Tahirə xanımdan da çox razıyam. İnanın əvvəllər heç cürə razılaşmırdım qızımdan ayrı düşməyə. Amma nə etmək olar, taleyin qismətindən qaçmaq olmaz. Allah qoysa, aprelin ortalarında toy edib qızımı Kanadaya gəlin köçürəcəyəm. Bəri-başdan söz verirəm ki, KİV nümayəndələrini də bu şad günümüzə şahid olmaları üçün həmin məclisə özüm dəvət edəcəyəm".

Xəbər lenti

Xəbər lenti