...

Xatirə İslam imicini dəyişib

Cəmiyyət Materials 7 Aprel 2008 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Yerli şou-dünyasında özünü "Atom bombası" hesab edən müğənni Xatirə İslam imicində bəzi dəyişikliklər edib. Əsasən saç rəngində gözə çarpan bu yenilik, deyəsən onun özünə də xoş gəlir: "Saçımın rənginin tündləşməsi anidən baş verdi. Getdim salona, ustam dedi ki, gəl imicində bir az yenilik edək. Mən də razılaşdım. Deyilənə görə, pis də alınmayıb. Bu cür dəyişməyimin başqa səbəbləri də var. Qoy sirri TrendLife istifadəçilərinə açım. İmicimi dəyişməklə bədxahlarıma acıq verirəm. Düzdür, həmkarlarım arasında konkret düşmənim yoxdur. Ancaq bəzi bədxahlar var. Qoy yanıb tökülsünlər ki, Xatirə gün keçdikcə daha da gözəlləşir".

Xəbər lenti

Xəbər lenti