...

Azərbaycan hökuməti QHT-lərin siyasi məhbuslarla bağlı hazırladığı siyahını araşdırır

Cəmiyyət Materials 7 Aprel 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend ", müxbir K.Ramazanova/ Rəsmi Bakı hesab edir ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur. "Azərbaycan Avropa Şurası qarşısında siyasi məhbusla bağlı götürdüyü öhdəliyi yerinə yetirib" bazar ertəsi jurnalistlərə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycanın hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun siyahısında Azərbaycanda 29 siyasi məhbusun olduğu göstərilib.

Həsənov bildirib ki, Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahını araşdırır.

Avropa Şurasının almaniyalı deputatı Edvard Litner isə bazar ertəsi jurnalistlərə bildirib ki, qurumda Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması üçün Azərbaycan tərəfinin iştirakı ilə komissiya yaradılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti