...

On dörd gündür aclıq edən baş redaktor aksiyanı dayandırıb

Cəmiyyət Materials 7 Aprel 2008 16:26 (UTC +04:00)
On dörd gündür aclıq edən baş redaktor aksiyanı dayandırıb

Azərbaycan, Bakı, 077aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru on dörd gündür başladığı aclıq aksiyasını dayandırıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Eynulla Fətullayev bazar ertəsi aksiyanı dayandırıb.

12 saylı Cəzaçəkmə Müəssisəində saxlanılan Fətullayev martın 26-dan aclıq edir. O, həbsdə olan jürnalistlərin azadlığa buraxılmasını, özünün işinə yenidən baxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir.

Ombudsman Elmira Süleymanova, Fətullayevin atası Emin Fətullayev baş redaktora aksiyanı dayandırması üçün müraciət edib.

Bir qrup mətbuat nümayəndəsi, siyasətçi də aclığa başlayıb. Martın 27-dən əvəzləmələrlə keçirilən aksiya "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə dəstək məqsədi daşıyır.

"Yeni Müsavat" qəzetinin redaksiyasında davam etdirilən aclıq aksiyasına bu gün hərbi ekspert Canmirzə Mirzəyev, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Rövşən Quliyev, fəaliyyəti dayanmış "Gündəlik Azərbaycan" qəzetinin əməkdaşları Səlim Əzizoğlu və Nemət Hüseynli qoşulublar.

"Realnı Azerbaydjan" qəzetinin redaktoru Çingiz Sultansoy, hərbi jurnalist Üzeyir Cəfərov və "Yeni Müsavt" qəzetinin redaktoru Famil Cəfərli də aksiyanı davam etdirirlər. "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Mustafayev aprelin 5-6-da, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Nemət Əliyev və Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı, keçmiş seçki məhbusu Yalçın Abbasov isə, bu gün aksiyanı dayandırıblar.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist həbsdədir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti