...

Müğənni Rüfət Axundov yaddaşını itirib

Cəmiyyət Materials 7 Aprel 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.TrendLife Safura /

Yeni klipinin çəkilişləri sona çatan Rüfət Axundov may ayında onu təqdim edəcək. Rüfət yeni diskini və 13 illik səhnə fəaliyyətində olan bütün kliplərin təqdimatını da planlaşdırır. Bir güllə ilə üç dovşan vurmaq istəyən Axundov istəklərini Muğam teatrında gerçəkləşdirəcək. Bu haqqda TrendLife məlumat verən Rüfətdən yeni klipin hansı mahnıya çəkildiyini soruşanda, müəmmalı cavab aldıq: "Sənsiz həyat olar da yəqin ki" deyən Rüfət Axundov heç yeni klipinin adını bilmir. Nəinki klipin adını, heç musiqinin bəstəkarı Muxtar və klipin rejissoru Elxanın da soy adlarını xatırlamırlar. Ad və soyadları yadda saxlamaqda çətinlik çəkən Rüfət öz ad və soyadını unutsa, təəccüblənməyin. Yeni klip təqdim olunana qədər Rüfət bu işdə zəhmət çəkənləri yaxından tanıyar, mahnını adını da dəqiqləşdirər.

Xəbər lenti

Xəbər lenti