...

Əməkdar artist Aygün Bəylərin solo konserti Yaşıl teatrda keçiriləcək

Cəmiyyət Materials 7 Aprel 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.TrendLife Safura /

Əməkdar artist Aygün Bəylər solo konsert verməyə hazırlaşır. Bu haqqda TrendLife məlumat verən müğənni konserti Heydər Əliyev adına sarayda keçirməyi plnalaşdırdığını bildirərək,bu arzusunun həyata keçməsinin yaxın zamanlarda mümkünsüz olduğunu söylədi:

"Mən Heydər Əliyev adına Respublika sarayında koserti vermək istəyirdim. Amma təəssüflər olsun ki, bu alınmır. Səbəb məndə deyil, səbəb sarayın təmirinin uzanmasındadır. Amma pərəstişkarlarıma demək istəyirəm ki, darıxmasınlar.. Yaşıl teatrda sentyabr ayının əvvəllərində verəcəyim solo konsert çox maraqlı olacaq. Kamera orkestri ilə və eyni zamanda " Şövkət" ansanblı ilə çıxışlarım planlaşdırılır. Bu konsertdə mən nəinki müğənni kimi, musiqiçi kimi də tamaşaçılara sürprizlər edəcəyəm" - deyən əməkdar artist konsertinin yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməyəcəyinə söz verdi. Bu konserdə müğənninin maraqlı ifasının şahidi olmaq istəyənlər, müğənnini həm də maraqlı imicdə görəcəklər.

Xəbər lenti

Xəbər lenti