...

Murad Dadaşov Azərbaycanda teleserial biznesi formalaşdırmaq niyyətindədir

Cəmiyyət Materials 8 Aprel 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / TrendLife / Türkan İmaməliyeva

"Daha çox serial biznesinin Azərbaycanda formalaşmasına nail olmaq istəyirəm" bu fikirləri tanınmış teleaparıcı Murad Dadaşov TrendLife-i bildirib. "Bilirsiniz ki, bu gün Azərbaycanda hələ də serial biznesinin özülü, onun işləmə siyasəti hazırlanmayıb. İstəyirəm ki, Azərbaycan teleməkanına məhz serial biznesi gətirim. Artıq iki serial üzərində ilkin işlər aparılır. Seriallardan biri dramatik, sevgi həyatı üzərində qurulan ssenaridən ibarət olacaq, digəri isə komik bir serial olacaq. Serialla maraqlananların diqqətinə onu da çatdırım ki, dramatik serialda maraqlı bir yenilik etməyi düşünürəm. Belə ki, bir neçə məşhur serialın adaptasiyası nəzərdə tutulub ki, həmin serialın üzərində qurulacaq. Rejissor kimi xarici mütəxəssislərin köməyinə ehtiyac var. Çünki bizdə hələ də serial çəkmək üçün işçi qrup tam yetişməyib. Əsas rejissor isə dostum, uzun illərdir birgə çalışdığım İlham Qasımov olacaq. Yay mövsümündə serialın çəkilişinə start verilməsini planlaşdırmışıq. Düşünürəm ki, Azərbaycanda ilk serial siyasətinin özülünü mən qoyacam. Vaxtilə Azərbaycanda realiti-şoular da yox idi. Ancaq ilk olaraq Azərbaycan teleməkanına realiti-şounu mən gətirdim və bu ənənənin bünövrəsi qoyuldu. Səviyyəli şəkildə teleserialların çəkilişinə də artıq ehtiyac var. Serial biznesinin formalaşması yəqin ki, məhz bu serialdan sonra özünü təsdiqləyəcək" - Murad Dadaşov söylədi. Seriallarda çəkiləcək aktyor heyətinə gəlincə, Murad Dadaşov bildirdi ki, filmdə əsas rollara məşhurlar, ancaq qeyri-aktyorlar dəvət olunacaq: "Yəni onlar müğənnilər, tanınmış simalar olsalar da, aktyor kimi fəaliyyət göstərməyiblər. Ola bilsin ki, xarici ölkələrdən də aktyorlar dəvət edək".

Xəbər lenti

Xəbər lenti