...

Bakıda çoxsaylı insan ölümü ilə nəticələnmiş bina uçqunu ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 8 Aprel 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı,0 8 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda çoxsaylı insan ölümü ilə nəticələnmiş bina uçqunu ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən çərşənbə axşamı bildirilib ki, aprelin 18-də prokuror təqsirləndirilənlərə iş istəyəcək.

2007-ci il avqustun 28 - də saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on beş mərtəbəli yaşayış binası tamamilə uçub. Nəticədə, 25 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.Faktla bağlı 28 avqust 2007-ci il tarixdə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə (222.2 və 222-1.2) maddələri ilə cinayət işi başlanıb.

"Mütəfəkkir" MMC-nin baş direktoru Muradov Əli, mühəndis Əsgər Əliyev və iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov, Mürsəl Haqverdiyev, memar Eldar Rəhimov və Bakı şəhər icra hakimiyyəti mənzil kooperativi idarəsinin rəisi Akif Məhərrəmov həbs olunub.

Muradov ötən il ürək xəstəliyindən isintaq təcridxanasında dünyasını dəyişdiyindən, cinayət işinin ona aid hissəsinə xitam verilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti