...

İzzət Bağırovun efir məhdudiyyəti

Cəmiyyət Materials 8 Aprel 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ müx.Trend Life Günel Əhmədova/

İzzət Bağırov TrendLife-a etirafına görə, indii bir neçə kanalda, eyni zamanda radio dalğalarında onun musiqi nömrələrinə az rast gəlmək olur. Elə radio dalğaları var ki, aylarla müğənninin ifasını səsləndirmir. Bu qənaətdə olan Bağırov məhdudiyyətlərin səbəbini anlaya bilmədiyini söylədi: "ATV tele-kanalı və onun iki radiosundan başqa, digər kanallar mənim yaradıcılığıma soyuq yanaşırlar. Hətta vətənpərvər mahnılarım belə, xüsusi günlərdə səsləndirilmir".

Bəzi verilişlərin pullu xidmətə keçdiyini müğənninin diqqətinə çatdıranda, o, sənətinin pulla ölçülmədiyini qətiyyətlə söylədi:

"Düşünmürəm ki, gənc yaşlarından sənətdə olan, "7-17"nin unudulmaz iştirakçılarından olan bir sənət adamından maddiyat tələb olunsun. Belə bir niyyəti olan varsa, bunu ağlından silsin. Çünki kifayət qədər sənət təcrübəsi oln bir insanın tamaşaçının qarşısına maddiyat gücünə çıxmasını qəbul edə bilmirəm".

Buna baxmayaraq, qapı döymək iddasında olmayan İzzət Bağırov mahnılarının onsuz da sevildiyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti