...

Xalq artisti Arif Qazıyevin mayın 17 də 70 yaşı tamam olur

Cəmiyyət Materials 9 Aprel 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel /müx.TrendLife Safura/

1938- ci il mayın 17 də dünyaya göz açan Azərbaycanın xalq artisti Arif Qazıyev yaşın illərlə deyil, yaşanan xoş günlərlə hesablandığını dedi. Hər il ad günlərini Muğam Teatrında qeyd edən xalq artisti 70 yaşını da doğma iş yerində keçirmək arzusundadır. Lakin teatrın binası yaxınlarda təmirə bağlanacaq. Bu haqqda TrendLife müxbirinə məlumat verən Arif Qazıyev Prezident İlham Əliyev tərəfindən teatrın dam örtüyünün təmiri ilə əlaqədar sərəncam imzalandığını bildirərək, teatrın müəyyən müddət işləməyəcəyini bildirdi:

" Teatrın dam örtüyünün bərbad halda olduğunu görən Prezidentimiz təmir ilə bağlı sərəncam verdi. Yaxın günlərdə təmir başlanacaq. Yeni müasir, açılıb- bağlanan dam örtük sistemi qurulacaq. Təmir mayın 17-dək tamamlansa, həmin tarixdə də yubileyimi qeyd edərik. Olmasa,yubiley qalar iyun ayına, qaçmırıq ki."

70 yaşının dövlət səviyyəsində qeyd olunub- olunmayacağını soruşanda,Arif Qazıyev belə cavab verdi:

" Yubileyimin dövlət səviyyəsində qeyd olunması Mədəniyyət Nazirliyindən asılıdır. Sərəncam verərlərsə, qeyd olunar. Mənim kollektivim, dost- aşnam məni təbrikə elə Muğam teatrına gəlsə, yer çatmayacaq. Çox adam gəlib dalımızca danışınca, az olsun, təmiz insanlar gəlsinlər. Elə jurnalistlər ad günümü çəkib efirdə işıqlandırsalar, görün nə qədər insanlar bunun şahidi olacaqlar. Məni bir telefon zəngi ilə təbrik etsələr də kifayətdir"

70 il ömür yaşayan, iki qızı, iki nəvəsi və bir həyat yoldaşı olduğunu söyləyən xalq artisti Arif Qazıyev həm ailəsini, həm də sənətini çox sevdiyini deyərək, hər birinin öz yeri olduğunu bildirdi. Belə cavan qalmasının səbəbini isə xalq artisti sirr saxladı.

Xəbər lenti

Xəbər lenti