...

Günayın"Gizli sevgi"sitele-ekrana həsrət qalıb

Cəmiyyət Materials 9 Aprel 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/müx. Trend Life Günel Əhmədova/

Bir müddət əvvəl "Gizli sevgi"sini aşkar etmək üçün gənc müğənni Günay media nümayəndələrini ətrafına topladı. Rəhman Əliyevin ekranlaşdırdığı mahnını repin sintezi ilə ifa edən müğənni ağlına belə gətirməyib ki, trans üslubunda Azərbaycan estradasına yenilik gətirməyi başına bəla olacaq.

Təqdimatda ünvanına xoş sözlər eşidən sənətçi xanım daha sonra iradlara tuş gəlib. Onun mahnısını efirdə göstərmək istəməyən televiziya nümayəndələri müxtəlif bəhanələr gətirməklə, müğənninin çıxışına məhdudiyyət qoyublar.

Hətta onun açıq geyimdə olması bildirilsə də, klipdə belə bir səhnəyə rast gəlinməyib. Digər bildirişdə "rep ifasını efirimizdə səsləndirmirik" -fikirləri səslənib.

Məsələyə TrendLife-da aydınlıq gətirən müğənni bunları danışdı: "Məhdudiyyətlər əksər hallarda məşhur sənətçi ilə mübahisəsi olangənc sənətçilərə qoyulur. Amma mənim heç bir sənət adamı ilə ədavətim, düşmənçiliyim yoxdur. Məni düşündürən budur ki, açıq geyimləri ilə gündəmə gələn, hətta bəzən xaric notlar oxuyan və bununla da efirlərdə "at oynadan" müğənnilərin klipləri görəsən kanallara necə yol tapır? Belələrinə nə yaxşı yer var?". Ruhdan düşmədiyini söyləyən Günayın növbəti klip çəkilişi başlayır. Onun bu dəfə çəkdirəcəyi klip müasir və qapalı geyimdə olacaq. Müğənni onu da əlavə etdi ki, Rəhman Əliyev tərəfindən ekranlaşdırılacaq yeni klipinin tele- kanallar tərəfindən yayımlanacağına ümid edir. Qeyd edək ki, "Riyakar" adlanan mahnını hazırlayarkən Günay Yalçın Məlikovdan vokal dərsləri alıb: " Bu klip də efirə yol tapmasa, bunun kökündə kimlərin marağının durduğunu öyrənməyə çalışacam və həmin insanın adını mətbuata açıqlayacağam".

Xəbər lenti

Xəbər lenti