...

Türkiyənin parlament nümayəndə heyəti Təl-Əvivdə İsrail Azərbaycanlıları Konqresi ilə əməkdaşlığı müzakirə edib

Cəmiyyət Materials 9 Aprel 2008 18:56 (UTC +04:00)

İsrail, Qüds, 09 aprel/ " müxbir R.Abdullayev/ Türkiyə Böyük Millət Məclisinin beynəlxalq münasibətlər üzrə komissiyasının İsraildə səfərdə olan sədri professor Murat Mercan İsrailAzərbaycanlıları Konqresinin fəaliyyətini dəstəkləmək niyyətindədir və təşkilatın perspektivli layihələrinə hər cür dəstək göstərməyə hazırdır. Türkiyəli parlamentari bu barədə Təl-Əviv Universitetində Konqres nümayəndələri ilə görüş zamanı bildirib.Üçtərəfli Azərbaycan-İsrail-Türkiyə qarşılıqlı münasibətlərinə toxunan və mədəniyyətlə mentallığın yaxınlığını qeyd edən Mercan bildirib ki, bu əlaqələr yəhudi, Azərbaycan, Türkiyə xalqlarının zəngin irsi və tarixi qarşılıqlı hörmətlərinə əsaslanır. "Azərbaycan, İsrail və Türkiyə arasında əməkdaşlıq və dostluğun dərin kökləri var. Yəhudilər Azərbaycan və Türkiyədə əsrlər boyu bərabər hüquqlu vətəndaşlar kimi yaşayıb və yaşayırlar. Onlar Azərbaycan və Türkiyə elminin, mədəniyyətinin, səhiyyəsinin, iqtisadiyyatının, sənayesinin inkişafında öz xidmətləri ilə silinməz iz qoyublar", - Türkiyə Böyük Millət Məclisinin beynəlxalq münasibətlər üzrə komissiyasının rəhbəri bildirib.

Konqres prezidenti Aleks Şapiro-Suliman Murat Mercanı təşkilatın məqsədləri, vəzifələri və layihələri haqqında məlumatlandırıb. "Biz güclü və təsirli İsrail Azərbaycanlıları Konqresini çoxsaylı, Türkiyə, İsrail və Azərbaycan arasında əməkdaşlıq maraqlarını təqdim etmək, müdafiə etmək və lobbi fəaliyyəti ilə dəstəkləmək qabiliyyətinə malik təşkilat kimi görürük", - o bildirib və əlavə edib ki, Konqres Türkiyə tərəfi ilə real əməkdaşlıqda maraqlıdır.

Şapiro-Suliman vurğulayıb ki, İsrail Knessetində 1915-ci il "erməni soyqırımı" məsələsini müzakirə etmək istərkən məhz İsrailAzərbaycanlıları Konqresi birinci olaraq dəstək üçün Türkiyə səfiri Namik Tana müraciət edib və Türkiyə səfirliyi ilə birlikdə bu qərarı dəstəkləyən israilli deputatlarla aydınlaşdırıcı iş aparmağa başlayıblar. "Bizim gücümüz birlik və genişmiqyaslı təbliğatdadır", - Aleks Şapiro-Suliman bildirib.

Konqresin vitse-prezidenti Bəxtiyar Yakubov bildirib ki, Türkiyə Yaxın Şərqdə İsrailin ən sadiq və strateji tərəfdaşıdır. Ölkələr arasında ciddi və hərtərəfli strateji əməkdaşlıq var. Bu əməkdaşlıq ən yüksək siyasi səviyyədə qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edir. "Biz İsraildəki əsl Azərbaycan diasporu kimi həm biznes, həm də siyasət sahəsində Azərbaycan, İsrail və Türkiyə əməkdaşlığına strateji xarakter verməyə çalışırıq. Üçtərəfli əməkdaşlığımızın reallaşdırılması üçün bizim çox sayda konkret birgə layihələrimiz var", - Bəxtiyar Yakubov bildirib.

Xəbər lenti

Xəbər lenti