...

Əsir götürülmüş Azərbaycan əsgəri vətənə qayıtmaq istəyir

Cəmiyyət Materials 11 Aprel 2008 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Milli Ordusunun əsgəri vətənə qayıtmaq istəyir. Bu barədə əsir Yaqub Muxtarov ailəsinə göndərdiyi ikinci məktubunda yazıb.

Şəki rayonundan hərbi xidmətə çağırılmış Muxtarov martın 9-da Tovuzda cəbhə xəttində ermənilər tərəfindən əsir götürülüb.

Əsirin atası Allahverdi Muxtarov cümə günü "Tren News"a bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri oğlu ilə növbəti dəfə görüşüb və onun məktubunu gətiriblər.

Muxtarov məktubunda səhhətinin yaxşı olduğunu və yaxın günlərdə vətənə qayıdacağına ümid etdiyini yazıb.

Əsirin ailəsi Muxtarova növbəti məktub yazıb və BQXK-nin nümayəndələrinə təqdim edib.

Ombudsman Elmira Süleymanova bir neçə gün öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərliyinə müraciət edərək Muxtarovun əsirlikdən azad edilməsi üçün köməklik göstərilməsini xahiş edib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti