...

Əbdülxalid Tünzalə Ağayeva ilə duet oxuyacaq

Cəmiyyət Materials 11 Aprel 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 11aprel/ müx. TrendLife Günel Əhmədova/

Qrupdan ayrılıb solo fəaliyyətə qərar verən "N brothers"in keçmiş üzvü Əbdülxalid indi də duet oxumaq həvəsinə düşüb. Əməkdar artist Tünzalə Ağayevadan yeni bəstə alan Əbdülxalid, mahnının müəllif ilə birlikdə oxumaq qərarına gəlib. Əbdülxalidin TrendLife-a bildirdiyinə görə, bu, yaradıcılığında yenilik olcaq. Mahnını studiya yazılışının bir qədər gecikdiyini diqqətə çatdıran müğənni əlavə etdi ki, bunun səbəbi birbaşa xanım müğənni ilə bağlıdır. Tünzalə Ağayevanın iş qrafikinin sıx olduğunu söyləyən Əbdülxalidin əlavəsinə görə, mahnı yaxın bir ay ərzində tam hazır olacaq: "Tünzalə xanımla bu qərara gəlmişik ki, həftənin bir neçə gününü məşqlərə ayıraq, 3-4 həftədən sonra isə, mahnı lentə yazılacaq".

Duet mahnıya klip çəilişinin nəzərdə tutulduğunu qeyd edən Əbdulxalid bildirdi ki, bu məsələni Tünzalə xanımla birlikdə həll edəcək və, onun duet layihəsi bununla tamamlanmayacaq. O, Röya və Natəvanla da birgə mahnı oxumaq niyyəti olduğunu söylədi. Lakin o, bu təklifi hələ müğənnilərə bildirməyib.

Azərbaycan Milli Konservatoriyasının məzunu olan Əbdülxalid yaxın gələcəkdə muğamla sintez olunmuş mahnılarla repertuarını genişləndirəcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti