...

Gənc müğənni Zamiq yeni albomunu ad günü hədiyyəsi kimi düşünür

Cəmiyyət Materials 11 Aprel 2008 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel/ müx. Trend LifeT.İmaməliyeva/

Zamiq Hüseynovun dediyinə görə, studiyalarda yeni mahnılar yazdırdığından, istirahətə vaxtı yoxdur. Gənc müğənni yeni mahnılarından "Yellənə-yellənə"yə klip çəkdirir. Sözləri və musiqisi "Şeron" qrupuna məxsus olan mahnını ekranlaşdırmaq üçün Zamiq Şahin Zəkizadəyə müraciət edib. Zamiqin dediyinə görə, klipin süjet xətti barədə geniş bilgisi olmasa da, təkcə o məlumdur ki, klip boyu sevdiyi qızın axtarışındadır. Klipdə Zamiqin tərəf-müqabili model Nigardır. Klipdə stilist kimi Syama çalışıb.

Sentyabrda Zamiq ad gününü geniş şəkildə qeyd etməyə hazırlaşır. Gənc müğənni artıq indidən özünə hədiyyə də hazırlayır; "Yellənə-yellənə" adlı albomunu da məhz ad günü ərəfəsində buraxdırmağı nəzərdə tutub. Müğənni bizimlə söhbətində onu da qeyd etdi ki, , albomda yer alan mahnılar eksklüziv olacaq. Bundan əlavə, Zamiq solo-konsertə hazırlaşır. Konsertin startı isə Azərbaycanın bölgələrindən başlayacaq. Əvvəlcə müğənni Azərbaycanın bir çox bölgələrinə turne keçirərək, orada konsert proqramları verəcək. Konsertin finalı Bakıda təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti