...

Azərbaycan cüdoçuları ilə yaponlar maraqlanır

Cəmiyyət Materials 11 Aprel 2008 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir Z.Səfərov/ Pekin Olimpiadasına getməyə yaxın olan Azərbaycan cüdoçuları Avropa Çempionatında Yaponiya, Koreya, Braziliya və digər ölkələrin rəqiblər barədə informasiya toplayan xüsusi qrupunun müşahidəsi altında olacaqlar.

Bu ölkələrin skautları yarışlarda akkreditə olunub və Oyunların potensial oyunçularının mübrizəsinin videoçəkilişini aparırlar. Bizim idmançılardan skautların diqqətini Elnur Məmmədli ( 73 kq) çəkib, keçən il Rio-de-Janeyroda keçirilmiş dünya Çempionatında o, "gümüş" medalla Olimpiadaya vəsiqə qazanıb.

Xatırladaq ki, Elnur Lissabonda tatami üzərinə aprelin 12-də çıxacaq, ilk görüşdə Çernoqoriyadan olan İlya Vukotiçlə görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti