...

"Kainat" qrupu "Vağzalı"ya ikinci həyat verdi – Rahib Azəri

Cəmiyyət Materials 12 Aprel 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Müğənni Nazimin rəhbəri olduğu "Kainat" qrupunun ifasında səslənən bir neçə el havaları sənət biliciləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, "Non stop" albomunda toplanan rəqslər arasında məşhur "Vağzalı" musiqisi də var. Layihəni təqdirəlayiq hal kimi qiymətləndirən tanınmış tele-aparıcı və radio-dj Rahib Azəri, digər musiqiçiləri də bu cür addım atmağa səslədi: "Görkəmli musiqiçi Rafiq Babayev 1994-cü ildə vəfat edib. O vaxt Rafiq müəllim Məşədi Məhəmmədlə birgə "Vağzalı"nı lentə aldırmışdı. Sevindirici haldır ki, milli rəqslərimizə laqeyd olmayan sənətçilər hələ də var. "Kainat" qrupu "Vağzalı"ya ikinci həyat verdi. Məncə bu, çox böyük və məsuliyyəti bir işdir. Dinləyicilərdən xahişim odur ki, bunu qulaqardına vurmasınlar. Digər tövsiyəm isə musiqiçilərədir. Gəlin bir araya gəlib mənəviyyatımızın yaşadılmasında böyük əhəmiyyət kəsb edən milli musiqilərimizi qoruyub saxlayaq. Ən azından gənclərimizin bizi qınağa çəkməməsi naminə".

Xəbər lenti

Xəbər lenti