...

AFFA Gəncədə top festival keçirib

Cəmiyyət Materials 12 Aprel 2008 15:53 (UTC +04:00)
AFFA Gəncədə top festival keçirib

Azərbaycan, Gəncə, 12 aprel / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi Meydanında bu gün top festvalı keçirilib. Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, 250 yeniyetmənin qatıldığı festvalda Zaqatala, Tovuz aə qərb rayonlarının yeniyetmə futbolçuları iştirak edib.

Azərbaycan Futbol Federasiyaları Asosiyasiyasının (AFFA) baş katibi Elxan Məmmədov tədbirdə bildirib ki, festvalın keçiriləmsində məqsəd regionlarda uşaq futbolunun inkişaf etdirməkdir. "Belə bir festval ötən ilin oktyabr ayında Bakı şəhərində təşkil olunub. Həmin festvalın qalibi hazırda Ukraynada Arsenal futbol klubunda məşqlər keçir və AFFA tərəfindən yüksək məbləğli təqaüd alır " Məmmədov əlavə edib.

Top festvalı bir neçə mərhələdə keçirildi. Gəncə şəhər Nigar Rəfibəyli adına 43 saylı orta məktəbin 7-ci sinif şagirdi Sərxan Nuriyev festvalın qalibi olub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti