...

Azərbaycan və Türkiyə məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri Ankarada müzakirə olunur

Cəmiyyət Materials 14 Aprel 2008 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Ali Məhkəməsinin sədri Ankarada Türkiyə məhkəmə orqanları ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək. Trend un məlumatına görə, bazar ertəsi Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin Türkiyəyə səfəri başlayıb. Azərbaycan Ali Məhkəməsinin sədri bu gün ilk olaraq Türkiyənin ədliyyə naziri Mehmet Ali Şahinlə görüşəcək, həmçinin Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçeker, Baş prokuror Abdurəhman Yalçınkaya və Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıçla görüşlər nəzərdə tutulub.

Danışıqlarda iki ölkənin məhkəmə orqanları arasında təcrübə mübadiləsi, hüquq sistemlərinin bir-birinə uyğunlaşdırılması məsələlərinin müzakirə edilməsi gözlənilir.

Ötən ilin noyabr ayında Türkiyə Ali Məhkəməsinin sədri Bakıda səfərdə olub. Səfər çərçivəsində iki ölkənin Ali məhkəmələri arasında əməkdaşlıq protokolu imzalanıb.

Bakıdakı danışıqlarda əsas müzakirə mövzularından biri iş adamları ilə bağlı məhkəmə prosesləri, iqtisadi mübahisələrin məhkəmə yolu ilə həlli məsələləri olub.

Rzayevin səfər proqramında prezident Abdulla Gül və Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşlər də nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti