...

Müxalifət partiyası mitinq keçirəcək

Cəmiyyət Materials 14 Aprel 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyası Seçki Məcəlləsinə dəyişikliklər edilməsi tələbi ilə, mayın 4-də mitinq keçirmək haqda qərar qəbul edib. Bu barədə Trend a Müsavat Partiyasından məlumat verilib.

Mitinqdə seçki kampaniyası müddətinin 4 aydan 2 aya qədər endirilməsi cəhdlərinə etiraz bildiriləcək. Həmçinin, vətəndaşlarının mülkiyyət obyektlərinin adekvat təzminat ödəmədən sökülməsinə, son bahalaşma hallarına qarşı etiraz şüarları da səsləndiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti