...

Müxalifət partiyası mitinq keçirəcək (yenilənib)

Cəmiyyət Materials 14 Aprel 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyası Seçki Məcəlləsinə dəyişikliklər edilməsi tələbi ilə mayın 4-də mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Trend a Müsavat Partiyasından məlumat verilib.

Mitinqdə seçki kampaniyası müddətinin 4 aydan 2 aya qədər endirilməsi cəhdlərinə etiraz bildiriləcək. Həmçinin, vətəndaşlarının mülkiyyət obyektlərinin adekvat təzminat ödəmədən sökülməsinə, son bahalaşma hallarına qarşı etiraz şüarları da səsləndiriləcək.

Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib ki, mitinqlə bağlı bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Müraciətdə partiya mitinq keçirmək üçün üç marşrut təklif edəcək - Qələbə kinoteatrı qarşısındakı meydan, Nəriman Nərimanov kinoteatrı qarşısındakı meydan və "Ukrayna dairəsi" meydanı.

"Bu meydanlarda dəfələrlə kütləvi tədbirlər, mitinqlərkeçirilib, ona görə də Bakı Şəhər İcra Hakimiyyəti onlardan birində mitinq keçirməyimizə razılıq verməlidir. Müraciətimizin rədd edilməsiin heç bir hüquqi və məntiqi əsası olmayacaq"-deyə Hacılı bildirib.

Onun sözlərinə görə, 4 may mitinqində əsas şüarlar "Bahalaşmaya son qoyulsun!", "Mülkiyyət toxunulmazlığı qorunsun!", "Seçki komissiyaları paritet əsaslarla formalaşdırılsın", "Seçkiqababağı demokratik şərait yaradılsın!", "Mətbuata basqılara son qoyulsun!" tələbləri olacaq.

Hacılı əlavə edib ki, Müsavatın mitinqləri davamlı olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti