...

Müğənni Xatun cangüdənlərini buraxmağı fikirləşmir

Cəmiyyət Materials 14 Aprel 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Space TV-nin "Bazar" verilişinin dünənki buraxılışında bəzi sənətçilər müğənni Xatunun cangündənlə gəzməsinə irad tutdular. Ədalət Şükürov, Röya Ayxan, Ruhi və Rüfət Axundovun sözlərindən belə məlum oldu ki, Xatun nahaq yerə dost məclisinə cangüdənlə gəlir. Qeyd edək ki, o, rəqqasə Göyçək Fatimənin doğum gününə cangüdənlə təşrif buyurmuşdu. Amma sözügedən proqramda Xatunun həmkarlarına cavabı yer almadı. Ona görə də müğənni bu haqda fikirlərini TrendLife-la bölüşdü: "Həmkarlarım söylədi ki, mən piar məqsədilə yanımda cangüdən gəzdirirəm. Lakin bu sözlərin heç birinin əsası yoxdur. Çünki, cangüdənlərimin gündəlik həyatımda da yerləri var. Yanımda olmalarına o qədər öyrəşmişəm ki, onlarsız bir addım da atmıram. Məncə, sənətçilər bu niyyətimə normal yanaşmalıdır. Dəfələrlə söyləmişəm ki, cangüdənlər öz istəyimlə yanımda deyillər. Sadəcə, yerli şirkətlərin biri ilə imzaladığım sazişə görə, cangüdənlə gəzmək məcburiyyətindəyəm. Bir də kimələrəsə görə cangüdənlərimdən vaz keçən deyiləm. Qoy bunu hamı bilsin".

Xəbər lenti

Xəbər lenti