...

Prodüser Tolik Röyadan ayrılmayıb

Cəmiyyət Materials 15 Aprel 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Yerli qəzetlərin yazdığı xəbərlərə görə, martın 30-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində verdiyi konsertdən sonra müğənni Röya Ayxan külli miqdarda ziyana düşüb. Bunun səbəbkarı isə yenicə barışdığı prodüser Tolikdir. Məlumatı dəqiqləşdirmək üçün Toliklə əlaqə saxladıq. Xəbəri eşidər-eşitməz daş atıb başını tutan Tolik, söylənilən bütün fikirləri təkzib etdi: "Sizinlə hava limanından danışıram. Röya xanım təzə aldığı bağı üçün Almaniyadan bəzi avadanlıqlar sifariş verib. İndi onları təhvil alıram. Bilmirəm bu söhbətləri kimlər yayır? Amma düşmənlərimi əmin edirəm ki, daha Röyadan ayrılan deyiləm. Bax belə də yazın. Mən Röyamla nəfəs alıram".

Tolik daha sonra onu da bildirdi ki, Röya Ayxanın aprelin 22-də Gəncə şəhərində verəcəyi konserti də o təşkil edəcək. O ki, qaldı türkiyəli ulduz İsmayıl YK-nın Bakı konsertinin təxirə düşməsinə, Tolik bu barədə də kəskin danışdı: "Konsert söylədiyimiz tarixdə baş tutacaq. Özü də İsmayıl YK reper Elşad Xose ilə bir səhnəni bölüşəcək. Ona görə də hər iki sənətçinin pərəstişkarları narahat olmasınlar".

Xəbər lenti

Xəbər lenti