...

Azərbaycan məhkəməsi zorlamada ittiham olunan Böyük Britaniya vətəndaşını azadlığa buraxıb

Cəmiyyət Materials 15 Aprel 2008 12:39 (UTC +04:00)
Azərbaycan məhkəməsi zorlamada ittiham olunan Böyük Britaniya vətəndaşını azadlığa buraxıb

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.Ağayeva/ Yeniyetmələrin zorlanmasında ittiham olunan Böyük Britaniya vətəndaşı, 49 yaşlı Patrik Obrayn bu gün Azərbaycan məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Ağır Cinayətlərə dair Məhkəmə çərşənbə axşamı cinayət 15 il əvvəl törədildiyindən Azərbaycan qanunvericiliyinə əsasən, Obraynın saxlanılmamasına dair qərar çıxarıb.

Beynəlxalq axtarışda olan Obrayn Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində, fevral ayının 26-da Bakıda saxlanılıb. O, Bakıda fəaliyyət göstərən xarici şirkətlərdən birində işləyirdi.

Obraynın vəkili Fikrət Mirzəyev bildirib ki, onun müdfiə etdiyi şəxs 19 yaşında törətdiyi cinayətə görə ittiham olunur. Sənədlərdə onun pedofiliya və qardaşı oğlu və qardaşı qızını zorlamaqda ittiham olunduğu göstərilir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi əvvəllər müttəhimin ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti