...

Azərbaycanda şahmatın inkişafına dair Dövlət proqramı təsdiqlənəcək

Cəmiyyət Materials 16 Aprel 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda şahmatın inkişafı ilə bağlı Dövlət proqramı hazırlanıb və yaxın günlərdə prezident İlham Əliyev tərəfindən təsdiq olunacaq. "Hazırda Baş nazir müavininin yanında hökumət nümayəndələrinin iştirakı ilə Azərbaycanda şahmatın inkişafı ilə bağlı Dövlət proqramının son müzakirələri keçirilir. Bu gün layihə üzərində işin başa çatdırılması nəzərdə tutulub" deyə çərşənbə gunü Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsinin müzakirəsi zamanı təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib.

Azərbaycanda 64 şahmat məktəbi fəaliyyət göstərir.

Nazir müavini qeyd edib ki, Dövlət proqramı Azərbaycanda şahmatın inkişaf etdirilməsini nəzərdə tutur. Proqrama şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir tələblərə cavab verən səviyyədə qurulması, məşqçilərin hazırlanması və digər məsələlər daxildir.

Xəbər lenti

Xəbər lenti