...

İqdırlı iş adamları Şamaxıda olublar

Cəmiyyət Materials 16 Aprel 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Şamaxı, 16 aprel / Trend , müxbr İ.Qasımlı/ Türkiyənin İqdır vilayətinin iş adamları Şamaxı rayonunda sərmayə yatırmaq niyyətindədirlər. Bu barədə çərşənbə günü İqdır Bələdiyyəsinin sədri Nurəddin Arasın başçılıq etdiyi nümayəndə heyətinin Şamaxıya səfəri zamanı razılıq eldə edilib.

2006-cı ilin noyabrında İqdırla Şamaxının qardaşlaşmış şəhərlər olması barədə protokol imzalanıb.

Bu gün iş adamlarının daxil olduğu İqdırdan gələn nümayəndə heyəti ilə Şamaxı rayon İcra Hakimiyyətində görüş olub.

Aras bildirib ki, türk iş adamlarının məqsədi İqdır ilə Şamaxı arasında iqtisadi əlaqələrin yaradılması üçün konkret layihələri həyata keçirməkdir. Onun sözlərinə görə, İqdır iş adamları Şamaxıda istehsal, xüsusilə inşaat materialları istehsal edəcək müəssisələrin açılmasında maraqlıdırlar.

Şamaxının icra başçısı Nazim İsmayılov isə deyib ki, İqdır iş adamları rayonun təbii resurslarından istifadə edərək tikinti materialları üzrə istehsal müəssisələri yarada bilərlər.

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov bildirib ki,Şamaxıya sərmayələrin qoyulması üçün İqdırdan olan iş adamlarının intensiv səfərləri nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti