...

Azərbaycan Premyer-Liqasında mübarizə aparan futbol komandası dağıla bilər – klubun prezidenti

Cəmiyyət Materials 17 Aprel 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında mübarizə aparan "Gənclərbirliyi" klubu dağıla bilər. "Komandamız futbol oynamır. Halbuki, biz futbolçulara yaxşı oynamaları üçün başqa klublara baxanda heç də az pul vermirik" cümə axşamı Trend a Sumqayıtın "Gənclərbirliyi" klubunun prezidenti İlqar Nuriyev deyib.

"Gənclərbirliyi" komandası Azərbaycan Premyer- Liqasında hazırda sonuncu pillədə yer alır və komandanın elitanı tərk etmək təhlükəsi böyükdür.

Nuriyevin bildirdiyinə görə, "Gənclərbirliyi" növbəti mövsümdə Premyer-Liqada mübarizə aparmasa, komanda dağıla bilər. "İki il əvvəl heyətimiz indikinə baxanda daha zəif idi. Amma onda necə oynadığımızı hamı görürdü. Sanki futbolçular qəsdən oynamaq istəmirlər. Belə getsə, "Gənclərbirliyi" mövsüm başa çatandan sonra dağılacaq. Mən artıq belə işləməkdən bezmişəm", klubun prezidenti əlavə edib.

Azərbaycan Premyer-Liqasının başa çatmasına 5 tur qalıb. "Gənclərbirliyi" klubu 14 komanda arasında sonuncu pillədə yer almaqla yanaşı, özündən irəlidə olan ABN-Bərdədən 6 xal geridədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti