...

Azərbaycanda fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 17 Aprel 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Yasamal rayonu ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasında fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb.

Binanın tikintisində fəhlə işləyən 22 yaşlı Yardımlı rayon sakini Cavad Xankişiyev çərşənbə günü 14-cü mərtəbədən yıxılaraq həlak olub.

Yasamal rayon prokurorluğundan cümə axşamı Trend a bildirilib ki, yaşayış binası "Qlobal Azəri"MMC tərəfindən inşa olunur. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma (162.2) maddəsi ilə cinayət işi açılıb. Rayon prokurorluğundan bildirilib ki, istintaqın nəticəsindən asılı olaraq tikintini aparan şirkətin əməyin mühafizəsi qaydalarına riayət olunmasına cavabdeh olan şəxslərin məsuliyyət məsələsi həll olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Əmək Müfəttişliyinin məlumatına görə, bu ilin yanvar-mart aylarında tikintidə 7 ölüm faktı qeydə alınıb. Ötən il isə bu göstərici 71 nəfər olub. Bu isə istehsalatda qeydə alınan ölüm faktlarının 47,6 faizini təşkil edir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti