...

Azərbaycan əsgərinin əsir düşməsi ilə bağlı məlumat rəsmi təsdiq olunub

Cəmiyyət Materials 17 Aprel 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan əsgərinin əsir düşməsi ilə bağlı məlumat rəsmi təsdiq olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov cümə axşamı Trend a bildirib ki, 1989-cu il təvəllüdlü, Qobustan rayonunun Xilmilli kəndindən hərbu xidmətə çağırılmış Hümbətov Vüsal Şiraslan oğlu aprelin 11-də Ağdam istiqamətində əsir götürülüb.

Sailov bildirib ki, dünən BQXK-nin nümayəndələri əsirlə görüşüb. Əsir ailəsinə məktub göndərib.

Ermənistan əsirliyində olan Azərbaycan Milli Ordusunun daha bir əsgəri sıravi Yaqub Allahverdi oğlu Muxtarov martın 9-da Tovuz istiqamətində əsir düşüb. Muxtarov 1988-ci il aprelin 29-da Şəki şəhərində anadan olub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti