...

Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakim ağır cəza aldı

Cəmiyyət Materials 17 Aprel 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / " , müxbir R.Ergün/ AFFA Hakimlər Komitəsinin bu gün keçirilən iclasında iki ildən çoxdur hakimlikdən çıxarılan Zöhrab Qədiyevin hakimliyə qaytarılması barədə qərar çıxarılıb. "Zöhrab Qədiyev əvvəlcə Azərbaycanın futbol üzrə birinci divizionunun oyunlarını idarə edəcək" cümə axşamı Trend a AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov bildirib.

Qədiyev iki ildən çoxdur ki, Azərbaycan çempionatının oyunlarında hakimlik etmir. O, çempionatın bəzi oyunlarındakı zəif idarəçiliyinə görə hakimlikdən uzaqlaşdırılmışdı. Bu müddətdə Qədiyev Bakının "Neftçi" klubunda inzibatçı kimi çalışıb.

Məmmədov bildirib ki, Qədiyev ilk olaraq Azərbaycan Premyer-Liqasının oyunlarını idarə etməyə də bilər. "Qədiyev təcrübəli hakimlərimizdəndir. Amma ola bilsin ki, o, əvvəlcə Premyer-Liqanın yox, birinci divizionun oyunlarına təyinat aldı", Hakimlər Komitəsinin sədri əlavə edib.

Məmmədovun bildirdiyinə görə, Hakimlər Komitəsinin iclasında Azərbaycan Premyer-Liqasında "İnter"lə "Karvan" klubunun oyununu aşağı səviyyədə idarə edən hakim Rövşən Əhmədovun məsələsinə də baxılıb: "Hakimlərin Nizam-İntizam Məcəlləsinə əsasən, Əhmədov beş oyunluq cəzalandırılıb".

Əhmədov 20-ci turda "İnter" "Karvan" üzrində 3:1 hesabıyla qələbə qazandığı oyunda baş hakim olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti