...

Qarşıdakı mövsümdə Premyer-Liqanın oyunlarını əcnəbi hakimlər idarə etməyəcək – Hakimlər Komitəsinin sədri

Cəmiyyət Materials 17 Aprel 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel/ " , müxbir R.Ergün/ Qarşıdakı 17-ci mövsümdən etibarən Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarına əcnəbi hakimlər dəvət olunmayacaq. "Qarşıdakı mövsümdə Premyer-Liqanın oyunlarını idarə etmək üçün Azərbaycana əcnəbi hakimləri dəvət etməyəcəyik" cümə axşamı Trend a AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov deyib.

Azərbaycan Premyer-Liqasının 16-cı mövsümündə 3 oyunu əcnəbi hakimlər idarə edib.

Məmmədov deyib ki, bu mövsümün qalan turlarında və mayın 28-də keçiriləcək ölkə kubokunun final oyununda Almaniyadan olan hakimlərin xidmətindən istifadə edilməsi mümkündür.

Komitə sədrinin sözlərinə görə, bir neçə gün əvvəl AFFA Hakimlər Komitəsinin sədri vəzifəsində Murad Məmmədovu əvəzləyib.

Məmmədov 1998-2001-ci illər aralığında da Hakimlər Komitəsinin sədri kimi fəaliyyət göstərib.

Məmmədov 1989-cu ildən 2005-ci ilin oktyabrının 22-nə kimi hakim olaraq həm beynəlxalq dərəcəli oyunları, həm də Azərbaycan çempionatının oyunlarını idarə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti