...

"Azadlıq" qəzetinin bıçaqlanmış müxbirinin valideynləri prokurorluğa çağırılıb

Cəmiyyət Materials 18 Aprel 2008 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbirinin valideynləri cümə günü Kürdəmir rayon prokurorluğuna çağırılıb.

Bu barədə cümə günü Trend a məlumat verən jurnalistin vəkili Elçin Sadıqlı bildirib ki, Aqil Xəlilin valideynləri övladlarına istintaqda işgəncə verilməsi və ondan zorla ifadə alınması ilə bağlı dindiriləcəklər.

Xəlil baş prokurora müraciət edərək ifadəsi alınarkən ona istintaq qrupunun əməkdaşları tərəfindən işgəncə verildiyini və zorla ifadəsinin alındığını bildirib.

Bir neçə gün üncə Baş Prokurorluq "Azadlıq" qəzetinin müxbirinə işgəncə verilməsi və ondan zorla ifadə alınması ilə bağlı nəzarət qaydasında icraata başlayıb.

Xəlil bu il martın 13-də işdən evə qayıdarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bir müddət öncə isə o, "Zeytunlar bağı" ərazisində naməlum şəxslər tərəfindən düyülmüşdü.

Respublika Prokurorluğunun yaydığı məlumatda isə qeyd olunur ki, Xəlil martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlanıb.

Xəlilin vəkili istintaqı aparan müstəntiqi qanun pozuntularına yol verdiyi üçün məhkəməyə verib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti