...

Azərbaycan Premyer-Liqasının oyunlarına əcnəbi hakimlərin dəvət olunması yaxşı haldır - AFFA-nın keçmiş prezidenti

Cəmiyyət Materials 18 Aprel 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarına əcnəbi hakimlərin dəvət olunmasını yaxşı hal kimi qiymətləndirir. "Mən Premyer-Liqanın başa çatmasına bir neçə tur qalmış prinsipial oyunları idarə etmək üçün əcnəbi hakimlərin çağırılmasını dəstəkləyirəm", cümə günü Trend a AFFA-nın keçmiş prezidenti Fuad Musayev deyib.

Musayev AFFA-ya 12 ilə yaxın rəhbərlik edib və 2003-cü ildə Ramiz Mirzəyevlə əvəzlənib.

O, AFFA-nın hazırkı rəhbəri Rövnəq Abdullayevin işini qiymətləndirməyin tez olduğunu, bunun üçün bir qədər gözləməyin lazım gəldiyini bildirib.

Musayev AFFA-ya başçılıq etdiyi dövrdə "Şəfa" stadionunun tikintisi ilə məşğul olması ilə daha çox yadda qalıb.

Keçmiş prezident Federasiyadan ayrılandan sonra heç bir futbol təşkilatında fəaliyyət göstərmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti