...

Müğənni Sabir Əhmədov qoturluq xəstəliyinə tutulub?

Cəmiyyət Materials 18 Aprel 2008 21:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / TrendLife müxbir Safura/ Müğənni Sabir Əhmədovun qaşlarınını formasının dəyişərək, nazilməsi çoxlarının marağına səsbəb olub. Bu haqda sualları TrendLife-ın müxbiri Sabir Əhmədovun özünə ünvanlayıb.

"Qaşlarınıza xüsusi forma vermisiniz. Səbəbini bilmək olar?" sualına müğənni belə cavab verib: "Mənim həm saçlarım, həm də qaşlarımının tükləri tökülür. Çox pis görünürdü. Elə bu səbəbdən onları bir qədər formaya saldım".

Maraqlıdır ki, qaşların tökülməsi müğənnini narahat edirdisə, o niyə həkimə müraciət etməyib. "Bəlkə qoturluq xəstəliyinə yoluxmusunuz" sualı ilə Sabirə müraciət etdikdə, müğənni həqiqətən də həkimə müraciət etmək fikrində olduğunu bildirib. "Bəlkə də bu bir xəstəlik əlamətidir" deyən müğənni vaxtı olmadığı üçün həkimə müraciət edə bilmədiyini açıqlayıb. Evin tək oğlu olduğunu söyləyən Sabir Əhmədov bütün problemlərin onun çiyinlərində olduğunu gizlətməyərək, öz sağlamlığını düşünmədiyini söyləyib.

Amma maraqlısı budur ki, qaşlarını aldırmağa vaxt tapan müğənni həkimə getməyə vaxt tapmır. Qadınlar hansının daha çox vaxt apardığını daha yaxşı bilir. Yəqin qaşlarının alınmasının çox ağrılı olduğunu düşünən müğənni onları narkoz altında formaya salıb ki, vaxtın nə qədər uzanmasından da xəbərsizdir.

Xəbər lenti

Xəbər lenti