...

Bakıda keçiriləcək FİDE Qran-Prisinin mükafat fondu yüz altmış iki min avroya bərabərdir

Cəmiyyət Materials 19 Aprel 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir Z.Səfərov/ Bakıda aprelin 20-də start götürəcək FİDE Qran-Prisinin ilkin mərhələsinin mükafat fondu yüz altmış iki min avroya bərabərdir. Trend in xəbər verdiyi kimi, Beynəlxalq Federasiyanın reqlamentinə əsasən, bu məbləğ yarışın təşkilatçıları tərəfindən təmin olunur. Belə ki, qalib 30 min, ikinci medalçı 25,5, üçüncü yerin sahibi isə 20 min avro alacaq. Bununla yanaşı, bütün altı mərhələnin yekunlarının qalibi yetmiş beş min avro əldə edəcək.

Daqomısda keçirilən Rusiya komanda çempionatından gələn Dünya Kubokunun sahibi Qata Kamskiy turnirdə iştirak etmək üçün artıq paytaxta gəlib. Ona Qran-Pridə Xanta-Mansiyskdə keçirilən Dünya Kubokunun yarımfinalına çıxmış dünyanın eks çempionu Ruslan Ponamaryev kömək edəcək. Bakıya həmçinin rusiyalı Ernesto İnarkiyev də gəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti