...

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti: "Qran-Pridə qrossmeysterlərin göstərəcəyi nəticələr onların hazırlığından asılı olacaq"

Cəmiyyət Materials 19 Aprel 2008 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , Z.Səfərov/ "Bakıda keçiriləcək FİDE Qran-Prisində Azərbaycan şahmatçılarının nümayiş etdirəcəyi nəticələr onların hazırkı formalarından asılı olacaq". Bu barədə Milli Federasiyanın vitse-prezidenti və yarışın Bakı mərhələsinin baş arbitrı F.Həsənov bildirib.

Trend un verdiyi xəbərə görə, o qeyd edib ki, ötən il Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, yüksək potensialları olmalarına baxmayaraq, Hantı-Mainskdə keçirilən Dünya kubokunda uğurlu çıxış edə bilmədilər ki, bunun da öz səbəbləri vardı. "Hazırda həm Teymur, həm Şəhriyar, həm də Vüqar Qran-Pri yarışı öncəsi Rusiyanın komanda çempionatında çıxış ediblər ki, bunu Bakıda keçiriləcək turnirə hazırlıq mərhələsinin bir hissəsi hesab etmək olar", - deyə yarışın baş arbitrı, Milli Federasiyanın vitse-prezidenti F.Həsənov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti