...

Azərbaycanın "Trend News" beynəlxalq xəbərlər agentliyi ərəb dünyasına yayıma başlayır

Cəmiyyət Materials 21 Aprel 2008 11:42 (UTC +04:00)
Azərbaycanın "Trend News" beynəlxalq xəbərlər agentliyi ərəb dünyasına yayıma başlayır

Bu gündən Trend İnformasiya Agentliyi ərəb dilində materialların yayımına başlayır. Agentliyin yeni redaksiyasının fəaliyyəti Yaxın Şərq regionu ölkələrinə aid siyasi və iqtisadi xəbərləri, dünyada baş verən əsas hadisələri, aparıcı qərb və ərəb ekspertlərinin eksklüziv şərhlərini əhatə edir.

Yaxın Şərq redaksiyasının qarşısına beynəlxalq informasiya mühitində müvəffəqiyyətlə rəqabət aparmaq məqsədi qoyulub.

Bundan qabaq Trend İnformasiya Agentliyi xəbərlərini Azərbaycan, rus, ingilis və fars dillərində yayımlayıb.

Xəbər lenti

Xəbər lenti