...

Sabir Əhmədov prodüserindən ayrıldı

Cəmiyyət Materials 21 Aprel 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Bir vaxtlar qardaş dediyi prodüseri Raufun köməkliyindən yararlanan müğənni Sabir Əhmədov, artıq hər yerdə tək gəzib-dolanır. Sabir əvvəlcə bunun səbəbini gizli saxlamağa çalışsa da, nəhayət ki, ondan bu haqda məlumat öyrənməyə müvəffəq olduq: "Raufla dostcasına ayrıldıq. Hazır da müğənni Vasif Məhərrəmli ilə bir yerdə işləyir. Prodüsersiz qalmaq mənə əsla maneə yaratmır. Əvvəllər olduğu kimi yenə işlərimi özüm görürəm".

Yaradıcılığındakı yeniliklərdən də danışan müğənni, repertuarı barəsində bunları söylədi: "Düzdür, bəzi müğənnilər kimi gündə bir mahnı ifa etmirəm. Mərhum Şövkət xanım Ələkbərovanın çox gözəl kəlamı vardı: "Mahnını oxumaq üçün, gərək birinci növbədə onu duyasan". Bu sözləri əlimdə rəhbər tutaraq, yalnız vaxtı-vədəsi tamam olanda təzə mahnılarımı üzə çıxarmağa çalışıram. Bir eksklüziv xəbəri sizə demək istəyirəm ki, məşhur rus müğənnisi Avraam Russonun mahnıları yazan bəstəkar Qalubkanın yeni mahnısını lentə yazdıracağam. Azərbaycan-Rus dillərindən ibarət olacaq mahnının pərəstişkarlarımın xoşuna gələcəyindən əminəm".

Xəbər lenti

Xəbər lenti