...

Mübariz Tağıyevin qızının toyu təxirə düşdü

Cəmiyyət Materials 21 Aprel 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

Ötən həftə xalq artisti Mübariz Tağıyevin böyük qızının toy mərasiminin olacağı barədə xəbər vermişdik. Xatırladaq ki, aprelin 20-də "Kral" restoranında nəzərdə tutulan toy təxirə düşüb. Bu, xəbər dəvət alan qonaqlara toya iki gün qalmış çatdırılıb. TrendLife-a daxil olan məlumata görə, toyun təxirə düşməsinə səbəb Mübariz Tağıyevin yaxın qohumlarının evində düşən hüzrlə bağlıdır. Qəfil hadisədən sonra müğənni toyu təxirə salmağa qərar verib.

Qeyd edək ki, toy qeyri-müəyyən vaxta kimi təxirə düşüb.

Xəbər lenti

Xəbər lenti