...

Qrossmeyster Teymur Rəcəbov Qran-Pridəki çıxışını Maykl Adamsa qarşı partiya ilə başlayacaq

Cəmiyyət Materials 21 Aprel 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Bakıda start götürən FİDE Qran-Prisinin birinci mərhələsində Maykl Adams ilə oynayacaq.

Trend in verdyi xəbərə görə, hər iki şahmatçı Tripolidə keçirilən Dünya çempionatı-2004-ün yarımfinalında görüşüb. O vaxt görüş ingilis şahmatçısının xeyrinə başa çatıb. İndi isə Teymurun uğursuzluğa görə revanş götürmək şansı var. Ona görə ki, oyun heç-heçə təklifini qadağan edən Sofiya qaydaları ilə keçirilir.

Digər milli şahmatçımız Şəhriyar Məmmədyarov öz turnir yolunu reytinq-favoriti Petr Svidlerə qarşı oyunla başlayacaq, Vüqar Haşımov isə Etyen Bakro ilə taxta arxasında oturacaq.Qalan cütlüklər Ernesto İnarkiev - Qata Kamskiy, Maqnus Karlsen - Venq Yue, İvan Çeparinov - Aleksandr Qrişuk, Sergey Karyakin - David Navaradan ibarətdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti