...

Teleradio Şurası yeni açılacaq idman telekanalı üçün dövlətdən yardım istəyir

Cəmiyyət Materials 21 Aprel 2008 13:19 (UTC +04:00)
Teleradio Şurası yeni açılacaq idman telekanalı üçün dövlətdən yardım istəyir

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanda idman telekanalının açılması üçün bu gündən müsabiqə başlanıb. Bu barədə bazar ertəsi Trend a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, müsabiqədə sənədlərin qəbulu apelin 21-dən başlanır və mayın 21-dək davam edəcək. Mayın 21-dən başlayaraq isə bir ay ərzində Şura tərəfindən həmin sənədlərə baxılacaq. Teleradio Şurası iyunun 21-də artıq tenderin qalibini elan etməlidir.

Məhərrəmlinin sözləriinə görə, müsabiqədə ən azı üç iştirakçı olmalıdır. Əgər olmasa, müsabiqə daha bir ay uzadılacaq. İkinci dəfə isə artıq iştirakçıların sayı önəmli olmayacaq, çünki bir iştirakçı olsa belə, artıq o, qalib elan edilə bilər.

"Biz müsabiqə iştirakçıları arasında maddi-texniki bazası, maliyyə imkanları və kadr potensialı yüksək olan iştirakçıya üstünlük verəcəyik"-deyə Şura sədri bildirib.

O qeyd edib ki, ölkədə bir profilli telekanal ilk dəfə açıldığı üçün dövlət tərəfindən hökmən bu işə yardım göstərilməlidir. Məhərrəmlinin sözlərinə görə, beynəlxalq idman turnirlərinin, çempionatların işıqlandırılması, yayım üçün lisenziya alınması, jurnalistlərin ezam olunması külli miqdarda maliyyə vəsaiti tələb edir.

"Yeni açılacaq kanalla bağlı bizi narahat edən məqamlar reklam bazarının zəif olması, idman sahəsi üzrə peşəkar jurnalistlərin, mütəxəssislərin çatışmazlığı və bu sahəyə vəsait buraxan maliyyəçilərin, sponsorların azlığıdır"-deyə Məhərrəmli bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti