...

Eyyub Yaqubov Mikayıl Müşfiqin poeziyasından bəhrələnir

Cəmiyyət Materials 21 Aprel 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

Mikayıl Müşfiqin poeziyasına müraciət edən sənətçi Eyyub Yaqubov yeni mahnısını ərsəyə gətirir. Son aylar yaradıcılığını sərhəddən uzaqlara yönəldən müğənni hələ ki, Bakıda olduğunu və bir sıra layihələr üzərində çalışdığını TrendLife-a bildirdi. Müğənninin əlavəsinə görə, sözügedən ədibin yaradıcılığına müraciəti həm reperutarını bir qədər ağırlaşdırmaq, eyni zamanda söz müəllifinin yubileyinə hazırlıqla bağlıdır: "Üzərində çalışdığım mahnı Mikayıl Müşfiqin keçiriləcək yubileyində səsləndiriləcək. Musiqili əsər eyni zamanda repertuarımı zənginləşdirmək üçün nəzərdə tutulub. Mahnının musiqi müəllifi Elçin İmanov hazır məhsulu bu günlərdə mənə təhvil verəcək. Onu da qeyd edim ki, mahnı şerin adı ilə bağlıdır və "Həyat sevgisi" adlanır. Bir müddətdən sonra mahnı Elxan Cəfərovun rejissor yozumunda ekranlaşdırılacaq".

Yay konsertinə hazırlaşan əməkdar artist Eyyub Yaqubov bu istiqamətdə hazırlıqların yenicə başladığını diqqətə çatdırdı. Onun əlavəsinə görə,

əgər planları baş tutarsa, konsertin Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti