...

Almatada KİV-də münaqişələrin işıqlandırılması məsələləri müzakirə olunacaq

Cəmiyyət Materials 21 Aprel 2008 14:38 (UTC +04:00)
Almatada KİV-də münaqişələrin işıqlandırılması məsələləri  müzakirə olunacaq

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva/ Almatada aprelin 24-25-də keçirilən VII Avroasiya Media Forumunda yeni qlobal qarşıdurmanın kəskinləşməsi ilə bağlı liderlik edən dövlətlərin qarşılıqlı münasibətləri, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya və Balkanlarda münaqişədə olan tərəflərin kompromislərə nailolma istiqamətində problemləri müzakirə olunacaq. Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Trend a məlumat verib.

Azərbaycanı təmsil edəcək Nuriyev Forumda "MDB ölkələrinin siyasi portreti. Postsovet məkanın liderləri" mövzusunda çıxış edəcək. Azərbaycanın Starteji Araşdırmalar Mərkəzinin rəhbəri həmçinin, "dondurulmuş münaqişələr" və Cənubi Qafqazda separatizm problemləri barədə çıxış edəcək. "Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə də toxunulacaq" - deyə Nuriyev bildirib.

Avroasiya Forumu hər il dünyanın 60 ölkəsindən 400-dən artıq nümayəndəni toplayır. Forumun əsas məqsədi iştirakçılara başqa sivilizasiya və mədəniyyəti təmsil edən fikirləri dinləmək və qavramaq, həqiqət və perspektivləri başqa anlamda qəbul etmək imkanı verməkdir.

VII Avroasiya Forumunda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı da gözlənilir. Konfransa Avroasiya Media Forumunun Təşkilat Komitəsinin rəhbəri Dariqa Nazarbayeva sədrlik edəcək.

Forumda tanınmış siyasətçilər, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskinin də iştirak etdiyi beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti, Rusiyadan Effektiv Siyasət Fondunun prezidenti Qleb Pavlovski, ABŞ-ın İrs Fondunun Rusiya və Avroasiya məsələləri üzrə proqram rəhbəri Ariel Koen və beynəlxalq və regional problemləri araşdıran digər tanınmış ekspert və mütəxəssislər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti