...

Məmmədbağır Bağırzadədən sonra heç kimlə duet oxumaq istəmirəm- Zöhrə Abdullayeva

Cəmiyyət Materials 21 Aprel 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

Mərhum Məmmədbağır Bağırzadədən sonra duet mahnılarına son qoyan Zöhrə Abdullayeva bu addımını ötən həftələrin birində təzələdi. Tele-kanalların birində İzzət Bağırovla öz mahnılarından birini birgə oxuyan Zöhrə xanım TrendLife-a belə bir açıqlama verdi:

"Mən Məmmədbağır Bağırzadədən sonra heç kimlə duet oxumaq istəmirəm. İki həftə öncə İzzət Bağırov mənə birgə mahnı oxumaq təklifini söylədi. O, layihədə təmsil olunduğu üçün dəstəyimi əsirgəməməyi düşündüm".

Klip bazarına münasibətini bildirən Zöhrə Abdullayeva mövzunun problemə çevrildiyini qeyd etdi. Klip çəkdirmək həvəsində olmayan müğənni görüntüləri ilə klip bazarına müştəri olmaq istəmədiyini açıq söylədi:

"İndiki kliplər müğənnilərin reklamına xidmət edir. Mənə reklam lazım olmadığı üçün, klip çəkdirməyə həvəsli deyiləm. Çəkinmədən demək istəyirəm ki, xarici kanallar yerli müğənnilərin klipini təmənnasız yayımladığı halda, bizdə sənəti sərgiləməyə pul istəyirlər. Mənim ifam tamaşaçıya tanışdır və onu maddiyat hesabına təqdim etmək niyyətində deyiləm".

Gənc müğənnilərdən Röyanı bəyəndiyini söyləyən Zöhra xanım hətta onun açıq geyimlərinin və açıq sözlərinin belə bu istəyə kölgə salmadığını bildirdi.

Xəbər lenti

Xəbər lenti