...

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilib

Cəmiyyət Materials 21 Aprel 2008 15:17 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilib

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir E.Hüseynli/ Milli QHT Forumunun prezidenti Azay Quliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilib. Bununla bağlı Şuranın bu gün keçirilən ilk toplantısında qərar verilib.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq, 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.

Şura sədrinin müavini vəzifələrinə isə Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov və Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Vüqar Məcidli seçilib.

Dövlət orqanlarından Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Süleymanov Tahir Veys oğlu, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi Məmmədov İlqar Kamil oğlu, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Məcidli Vüqar Sabir oğlu, Qeyri-Hökumət Təşkilatlarından isə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Hüseynova Gülnarə Alxas qızı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Qədirov Vüqar Kərim oğlu, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Quliyev Azay Əjdər oğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Məmmədov Sahib Məlik oğlu, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Mirzəzadə Rəna Rza qızı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Nuriyev Əliməmməd Mali oğlu, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti Osmanlı Ceyhun Yunis oğlu, "Mülk" İctimai Assosiasiyasının prezidenti Vəliyeva Dilarə Hətəm qızı Şura üzvü təyin olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti