...

Türkiyə millisinin keçmiş baş məşqçisi Azərbaycan klublarından təklif gözləyir

Cəmiyyət Materials 21 Aprel 2008 16:05 (UTC +04:00)
Türkiyə millisinin keçmiş baş məşqçisi Azərbaycan klublarından təklif gözləyir

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Ergün/ Türkiyə millisinin keçmiş baş məşqçisi Mustafa Dənizli Azərbaycan klublarında işləmək üçün dəvət gözləyir. "Hələ Berti Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olunmazdan əvvəl AFFA rəhbərliyi Dənizliylə maraqlanırdı. Amma sonra elə oldu ki, AFFA alman məşqçiylə müqavilə bağladı" bazar ertəsi Trend a açıqlamasında Dənizlinin meneceri Yusuf Uncular deyib.

Dənizli Fatih Terim və Şenol Günəşlə birgə Türkiyənin ən nüfuzlu məşqçilərindən sayılır. 1999-2000-ci illərdə Türkiyə millisinə başçılıq edən mütəxəssis komandanı Avropa çempionatının 1/8 final mərhələsinə çıxarıb. Məşqçilik karyerasında "Fənərbaxça", "Qalatasaray", "Vestel Manisaspor" kimi Türkiyə klublarına rəhbərlik edən Dənizlinin sonuncu iş yeri İranın "Pas" klubu olub.

Dənizli ilə Azərbaycanın "Bakı" klubunun rəhbərliyi maraqlanır.

Türkiyəli məşqçinin menecerinin dediyinə görə, Azərbaycan klubları üçün Dənizliylə müqavilə bağlamaq çox çətin olsa da, bu, mümkündür: "Dənizlini bura gətirmək üçün çox pul xərcləmək lazımdır. Amma meneceri olduğum bu məşqçi özü də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır".

Uncuların Türkiyədə meneceri olduğu başqa bir neçə məşqçi də var. Azərbaycan futbolu ilə sıx əlaqələri olan menecer, Ərcan Albayrak adlı məşqçini də bir neçə kluba təklif etmək niyyətindədir. "Albayrakı hələ Karlos Alberto Torres Azərbaycan milli komandasına baş məşqçi təyin olunmamışdan əvvəl AFFA-ya təklif etmişdim. "Qarabağ" klubu da indiki baş məşqçisi Rasim Karayla müqavilə bağlamamışdan əvvəl Albayrakla yaxından maraqlanırdı" Uncular əlavə edib.

Albayrak Türkiyənin müxtəlif liqalarında səkkiz komandayla çempion olub və "Adanaspor"u birinci liqadan Superliyqaya çıxarmasıyla tanınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti